Adlarına rast gəlinmədi

8 Aprel 2020 14:22 Digər növlər 379
Adlarına rast gəlinmədi

Formula 1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bunu niderlandlı jurnalist Ulav Mol deyib.

O, bildirib ki, hazırda Formula 1 təşkilatçıları ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır.

Yeni təqvimdə 17 yarışın baş tutacağı göstərilib. Avstraliya, Monako, Vyetnam, Kanada və Sinqapur Qran-prilərinin adlarına rast gəlinməyib. Azərbaycan Qran-Prisi isə oktyabrın 9-11-nə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?