Azərbaycanın fəxri küçədə məşq edir - VİDEO

11 Noyabr 2019 09:14 Digər növlər 1 135
Azərbaycanın fəxri küçədə məşq edir - VİDEO

Dünya və Avropa çempionatlarının dəfələrlə qalibi, Olimpiya Oyunlarında bürünc medal qazanmış yunan-Roma güləşçisi Rəsul Çunayev Bakı küçələrindən birində məşq edib.

Sportinfo.az xəbər verir ki, güləşçi məşqdən görüntüləri özünün "Instagram " səhifəsində yerləşdirib.

Dünya Güləş Birliyinin (UWW) jurnalisti Nazerke Sultanbek (Qazaxıstan) şərh bölməsində Çunayevdən nə üçün belə gediş-gəlişin çox olduğu küçəni seçdiyini soruşub. "Çünki artıq zalda alınmır, küçədə yoxlayırıq. Birdən lazım olar", - deyə Rəsul cavab verib.

Bu ilin sentyabrında Nur-Sultanda (Qazaxıstan) keçirilən lisenziyalı dünya çempionatında Çunayevin çıxışı uğursuz alınmışdı. 2020-ci ilin ilk yarısında o, daha iki lisenziyalı yarışda çıxış etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"