15 milyon dollara satıla biləcəyi ehtimal edilir - Hərraca çıxarıldı

23 Oktyabr 2024 00:10 Digər növlər 396
15 milyon dollara satıla biləcəyi ehtimal edilir - Hərraca çıxarıldı

“Ferrari” komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin idarə etdiyi bolid hərraca çıxarılıb.

Sportinfo.az “The Mirror” qəzetinə istinadən xəbər verir ki, 55 yaşlı pilot sözügedən avtomobili dünya çempionatının onun üçün son mövsümündə idarə edib.

Bildirilir ki, Şumaxer bu avtomobillə 2006-cı ildə yarışda iştirak edib və beş yarışda qalib gəlib.

Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək. Yarış avtomobilinin 15 milyon dollara satıla biləcəyi ehtimal edilir.

M.Şumaxer 1996-cı ildən 2006-cı ilə qədər “Ferrari” komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi