Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazandı

10 Sentyabr 2024 22:00 Digər növlər 379
Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazandı

Azərbaycanın bədii gimnastları San-Marinonun Serravalle şəhərində keçirilən “San Marino Cup”da 7 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Böyüklərin mübarizəsində İlona Zeynalova çoxnövçülükdə, halqa və topda gümüş, gürz və lentlə hərəkətlərdə bürünc mükafata sahib çıxıb.

Gənclərdə isə Şəms Ağahüseynova lenlə hərəkətlərdə qızıl, çoxnövçülükdə gümüş medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!