COP29

Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaq

30 Mart 18:20 Digər növlər 625
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaq

Azərbaycan bədii gimnastları martın 30-31-də Fransanın Tiye şəhərində keçiriləcək 35-ci beynəlxalq Qran-pri turnirində iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, qurumun idman direktoru Natalya Bulanova, bədii gimnastika millisinin baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında qrup hərəkətləri üzrə komandanın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova, eləcə də fərdi gimnast İlona Zeynalova sözügedən yarışa qatılacaqlar.

Milli komandanın xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda ölkəmizi təmsil edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti