Azərbaycanın fiqurlu konkisürəni bürünc qazandı

29 Oktyabr 2022 12:20 Digər növlər 435
Azərbaycanın fiqurlu konkisürəni bürünc qazandı

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Almatı şəhərində Denis Tenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, qısa proqramda 188,77 xala layiq görülən 21 yaşlı idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Turnirdə birinci yeri 208,47 xalla gürcüstanlı Nioka Eqadze tutub. 192,67 xal toplayan qazaxıstanlı Dias Jirenbayev isə gümüş medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM