Fərid Qayıbov: “Əıimizdən gələni edəcəyik ki...”

22 Sentyabr 2022 01:50 Digər növlər 454
Fərid Qayıbov: “Əıimizdən gələni edəcəyik ki...”

"Belə turnirlərin ənənəvi olmasını istəyirik.

Növbəti illərdə bu yarışın davamlı olması üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq şahmat turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

2022-ci ilin "Şuşa ili" elan olunduğunu xatırladan nazir burada ikinci idman tədbirinin gerçəkləşdiyini bildirib:

"İlk olaraq “Əziz Şuşa” beynəlxalq velosiped yarışı təşkil olundu. Bu dəfə şahmatçılar Şuşada yığışıblar. Biz çox sevinirik".

F.Qayıbov turnirin təşkili münasibəti ilə hər kəsi təbrik edib:

"Dəvətimizi qəbul edən ölkələrə təşəkkür edirəm. Digərləri də gələ bilərdilər. Amma şahmat təqviminə görə ölkələrin sayı 9-dur.

Bu, ilk yarış üçün yaxşı rəqəmdir. Suqovuşanda avarçəkmə turniri keçirmişdik və ilk yarış olmasına baxmayaraq orada da kifayət qədər ölkə var idi.

Əsas başlanğıcdır. Biz bu il bunu etdik. Azərbaycan Şahmat Federasiyasına və bütün tərəfdaşlara yarışın keçirilməsində dəstək olduqları üçün minnətdarlığımı bildirmək istəyirəm".

“Shusha Chess 2022” turnirinin oyunları Qarabağ hotelində keçiriləcək. İlk tur bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!