Bakıda Dünya Kubokunun final mərhələsi keçiriləcək

25 İyul 2022 01:10 Digər növlər 487
Bakıda Dünya Kubokunun final mərhələsi keçiriləcək

Beynəlxalq Gimnastika Federasiyası gələn il üçün bədii gimnastika üzrə Dünya Kuboku seriyasının təqvimini açıqlayıb.

Ümumilikdə beş mərhələdən ibarət seriyanın sonuncu yarışına Azərbaycan ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, yarış aprelin 21-23-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək.

Bakıda 17-23 may aralığında Avropa çempionatı da təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti