Əvvəl Bəhmən, sonra "Qarabağ"

15 İyun 2022 23:40 Digər növlər 674
Əvvəl Bəhmən, sonra "Qarabağ"

16-19 iyun tarixlərində Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi keçiriləcək.

\Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyasından sonra avarçəkmə üzrə ilk Dünya Kubokuna qatılacaq Azərbaycanı yarışda Bəhmən Nəsiri təmsil edəcək.

İdmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş I mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox, 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq.

2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə Dünya Kubokuna qatılacaqlar.

Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək - 23 qayıq.

Reqlamentə əsasən Dünya Kubokunun qalibləri III mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların III mərhələsi 8-10 iyul tarixlərində İsveçrənin Lutsern şəhərində baş tutacaq.

Yeri gəlmişkən, "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex" ilə qarşılaşacaq. "əpələnmiş”lər səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan Polşa çempionu olub.

"Qarabağ" Poznan təmsilçisi ilə ilk matçı səfərdə - iyulun 5-də keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti