Azərbaycanlı "Böyük Dəbilqə"də bürünc qazandı, əsgər salamı verdi - FOTO

25 Oktyabr 2020 23:20 Cüdo 691
Azərbaycanlı "Böyük Dəbilqə"də bürünc qazandı, əsgər salamı verdi - FOTO

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın son günündə Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal qazanıb.

-90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel Van Endi məğlub edib.

Yarışın 3-cü günü Budapeştdə Rüfət İsmayılov, Elmar Qasımov, Zelim Kotsoyev, Camal Feyziyev və Uşangi Kokauri də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə uduzaraq medalsız qalıblar.

61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışın əvvəlki günlərində milli komandamızdan Rüstəm Orucov(-73 kq) qızıl, Orxan Səfərov(-66 kq) bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi