Azərbaycanı qran-pridə kimlər təmsil edəcək?

17 May 2023 18:40 Cüdo 408
Azərbaycanı qran-pridə kimlər təmsil edəcək?

25-27 mayda Avstriyanın Linz şəhərində cüdo üzrə qran-pri turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanın 14 (9 kişi, 5 qadın) cüdoçusunun iştirakı planlaşdırılır.

Kişilər: Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Kəramət Hüseynov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Murad Fətiyev (hər ikisi 90 kq).

Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq).

Qran-pridə 69 ölkədən 450-dən çox idmançının iştirakı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı