“Hər kəs bunu deyir ki..."

31 May 15:20 Çempionlar Liqası 199
“Hər kəs bunu deyir ki..."

PSJ-nin fransalı vingeri Osman Dembele “qızıl top” uğrunda yarışdan danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas hədəfinin Çempionlar Liqasını qazanmaq olduğunu söyləyib:

“Hər kəs bunu deyir ki, Dembele “qızıl top”u qazanmaq üçün favoritdir. Amma mən artıq dedim ki, əsas şey Çempionlar Liqasını qazanmaqdır.

PSJ-də oynayanda fərdi mükafatlardan qat-qat vacib olan şeylər var. Biz bütün diqqətimizi bu kuboku qazanmağa yönəltməliyik

. İnanıram ki, finalda qalib gələcəyik. Amma asan olmayacaq, çünki “İnter”ə qarşı oynamaq çətindir.

Mən bütün mövsüm onları izləyirəm, çünki Markus Türam (fransalı futbolçu) orada oynayır. “İnter” çətin rəqibdir. Dörd-beş ildir ki, bir yerdə oynayırlar.

Ona görə də, çətin matç olacaq. Amma biz özümüzə inanırıq”.

Çempionlar Liqasının finalı iyunun 31-də, PSJ və “İnter” arasında keçiriləcək.

Dembele bu mövsüm bütün turnirlərdə 48 matçda 33 qol vurub və 13 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti