İş adamı vəzifəsindən getdi, klubun büdcəsi 1 milyon manat azaldı

16 İyul 2025 15:00 Kəpəz 2 844
İş adamı vəzifəsindən getdi, klubun büdcəsi 1 milyon manat azaldı

«Kəpəz»in gələn mövsümə aid büdcəsi azalıb.

Bu, Namiq Qədirovun İdarə Heyətinin sədri postundan getməsiylə əlaqədardır.

Belə ki, sponsorların təzyiqi ilə vəzifəsindən ayrılan iş adamı kluba ayırdığı 1 milyon manat vəsaiti geri çəkib.

O. bundan sonra «sarı-göylər»ə maliyyə dəstəyi verməyəcəyini bildirib.

N.Qədirov vaxtilə SOCARda fəaliyyət göstərib. Neft şirkəti ilə vidalaşandan sonra Avropada biznes qurub. Hazırda İsveçrədə yaşayır.

SOCAR-ın sabiq mənsubu bu ilin əvvəlindən «Kəpəz»ə pul xərcləməyə başlayıb. Mayda isə İdarə Heyətinin sədri təyin olunmuşdu. Rəhbərlik səviyyəsində münaqişə onun sonunu tez gətirdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 20:00 Çək və bizə göndər!
22 Fevral 02:00 “Onu kim tanımır ki?"