Klublararası dünya çempionatı iki ildən bir keçiilsin - “Real” təklif edir

Klublararası dünya çempionatı iki ildən bir keçiilsin - “Real” təklif edir

“Real Madrid” klublararası dünya çempionatının hər iki ildən bir keçirilməsini təklif edib.

Sportinfo.az “The Guardian”a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi FIFA ilə apardığı danışıqlar zamanı bu ideyanı gündəmə gətirib.

Klub bildirib ki, ötən turnirdə satılan bütün biletlərin 25 faizi məhz “Real” azarkeşləri tərəfindən alınıb. Bu da turnirin iqtisadi potensialının artırılması baxımından önəmli amil kimi dəyərləndirilir.

FIFA isə hələlik çempionatın tez-tez keçirilməsi ideyasını gündəmə gətirməyi planlaşdırmır.

“Real” turnirin yarımfinalında PSJ-yə 0:4 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 16:30 Çək və bizə göndər!