Komandası 4 qol buraxdı, Əliyev əvəzləndi və Çempionlar Liqası ilə vidalaşdı

17 İyul 2025 03:50 Bizimkilər 3 022
Komandası 4 qol buraxdı, Əliyev əvəzləndi və Çempionlar Liqası ilə vidalaşdı

"Eqnatiya"nin formasını geyinən Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Çempionlar Liqası ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi Albaniya çempionu turnirin I mərhələsində iki oyunun nəticəsinə görə "Breydablik"ə uduzub.

Bir həftə öz meydanında 1:0 hesabı ilə qalib gələn "Eqnatiya" İslandiyada ağır zərbə alıb.

Zamiqin komandası 0:5 hesabı ilə məğlub olub. Start heyətində yer alan Əliyev buraxılan 4 qoldan sonra 43-cü dəqiqədə əvəzlənib.

Albaniya çempionu Konfrans Liqasının II mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu