İstedadlı azərbaycanlıya İsrail və Yunanıstandan da təklif gəldi

16 İyul 19:40 Səbail 1 049
İstedadlı azərbaycanlıya İsrail və Yunanıstandan da təklif gəldi

Rüfət Abdullazadənin ölkəni tərk etməsi yubanır.

Son 2 ildə “Səbail”in uğurları üçün tər tökən 24 yaşlı futbolçu legioner həyatı yaşamaqda israrlıdır.

Türkiyə klublarının maraq dairəsində olan həmyerlimiz karyerasını qardaş ölkədə davam etdirməyə qərar verib. Hətta klublardan biri ilə böyük ölçüdə razılaşıb.

Lakin son onda ortaya İsrail və Yunanıstan variantlarının çıxması Rüfəti ayaq saxlamağa məcbur edib.

Sözügedən ölkələrin elitasında oynamaq perspektivini Türkiyənin I Liqasında çıxış etməkdən daha faydalı sayan futbolçu tələsmək istəmir.

Abdullazadənin niyyəti qarşısında hədəfi olan komandanın uğurları üçün tör tökməkdir. Digər tərəfdən, müqavilə ilə məxsus olduğu “Səbail”ə transfer pulu qazandırmaq istəyir.

Söhbət 5-10 mindən yox, “Səbail”in solaxay oyunçusu üçün tələb etdiyi 120-150 min dollardan gedir.

Rüfət yaxın 10 gün ərzində qərarını verib, yeni komandanın düşərgəsinə qoşulmalıdır.

O, peşəkar karyerası ərzində meydana çıxdığı 150 matçda 16 qol vurub, 20 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!