"Qarabağ"ın ÇL-dəki potensial rəqiblərinin sayı azaldı

"Qarabağ"ın ÇL-dəki potensial rəqiblərinin sayı azaldı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

Səpələnmişlər səbətində yer alan Qurban Qurbanovun komandası üçüncü qrupda qərarlaşıb.

Azərbaycan çempionunun mümkün rəqibləri I təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.

II təsnifat mərhələsinin oyunları iyulun 22 və 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti