"Qarabağ" məşhur müdafiəçini 1 illik icarəyə götürdü - SON DƏQİQƏ

11:40 Qarabağ 2 111
"Qarabağ" məşhur müdafiəçini 1 illik icarəyə götürdü - SON DƏQİQƏ

Bir qədər öncə xəbər verdiyimiz kimi, “Qarabağ” növbəti transfer çalışmasını yekunlaşdırıb.

Azərbaycan çempionu Semmi Mmae ilə anlaşıb.

Zaqreb “Dinamo”sunun stopperi artıq Bakıdadır.

Mərakeş əsilli belçikalı bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda bir problem aşkarlanmasa, günün ikinci yarısında rəsmi açıqlama veriləcək.

Son məlumat budur ki, “Qarabağ” onu Xorvatiya klubundan birdəfəlik transfer etməyib. “Köhlən atlar” Semmini 1 illik icarəyə götürüb.

28 yaşlı mərkəz müdafiəçisi ötən yay “Dinamo”ya Macarıstan “Ferentsvaroş”undan azd agent kimi keçib.

“Gent”in yetirməsi Belçikada həmçinin “Standard” və “Sent Trüden”in şərəfini qoruyub.

Niderland “Maatstrixt”ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.
Mmae artıq bir dəfə Bakıda olub.

O, 2022-ci il avqustun 3-də “Qarabağ”ın “Ferentsvaroş”la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb.

“Ferentsvaroş”dan (Macarıstan) ayrılandan sonra zaqreblilərlə 4 illik müqavilə imzalayan mərakeşli yeni klubundakı ilk mövsümündə - 2024/25-ci il “futbol ili”ndə ümidləri doğrultmayıb.

Bu üzdən “Maksimir”dən ayrılmağa qərar verən futbolçu “Qarabağ”dan gələn təklif sayəsində sevinib.

İddialara inansaq, “köhlən atlar” Mmaeni “Ferenstvaroş”da top qovduğu vaxtdan izləyii. Sadəcə, o, xorvatlardan gələn uzunmüddətli və yüksək məvacib vəd edən təklifin arxasınca getməyi üstün tutub.

Əslində, Saminin idmançı keyfiyyətlərində qüsur axtarmağa dəyməz - yetərincə həvəsli, təcrübəli və istəklidir.

Onun “Dinamo”da xoşbəxt olmamasının səbəbi mövqe uğrunda rəqabətdə uduzması, hansısa fiziki özəlliklərinin yetərsiz olması yox, Zaqreb təmsilçisinin sabiq baş məşqçisi Nenad Byelitsanın qəzəbinə tuş gəlməsidir.

Dəqiq desək, mütəxəssis ötən ilin noyabrında xroniki intizamsızlıq sərgiləyən oyunçunu əsas komandadan kənarlaşdırıb.

Byelitsadan sonra baş məşqçi postuna təyin edilən Fabio Kannavaro onu yenidən heyətə qaytarsa da, formasını bərpa etməkdə çətinlik çəkib. Nəticədə mövsümün qalan hissəsində də ehtiyat oyunçular skamyasında “məskən salıb”.

“Dinamo”nu narahat edən məsələlərdən biri də Saminin yüksək maaşıdır. Xorvat həmkarlarımız bu transferin baş tutacağı təqdirdə zaqreblilərin xərclərinin xeyli azalacağını bildirir.

Düzü, onların bu barədə fikirlərinə haqq verməmək olmur. Çünki zaqreblilərlə anlaşanda 1,50 milyon avro dəyəri olan futbolçunun qiyməti indi cəmi 400 min avrodu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti