“Barselona” və “Milan”ın sabiq oyunçusu “Qarabağ”a gəlir?

13:20 Qarabağ 1 044
“Barselona” və “Milan”ın sabiq oyunçusu “Qarabağ”a gəlir?

“Qarabağ” heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “OneFootball” nəşri məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi “Barselona”nın sabiq yarımmüdafiəçisi Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir.

A.Haliloviç hazırda müqavilə ilə Niderlandda “Fortuna”ya (Sittard) məxsusdur.

Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Alen “Dinamo” (Zaqreb), “Barselona”, “Sportinq”(Xixon), “Hamburq”, “Las-Palmas”, “Milan”, “Standard”(Liej), “Herenven”, “Birmingem”, “Ridinq” və “Riyeka”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti