Azərbaycanın yeni çempionu müəyyənləşdi

17 İyul 2025 03:40 Hadisə 292
Azərbaycanın yeni çempionu müəyyənləşdi

Çimərlik futbolu üzrə Azərbaycan çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan “VTB Bank” ölkə çempionu olub.

“Marafon” isə yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.

13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusuna verilən mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (“VTB Bank”), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.

Çempion komanda “VTB Bank” Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi