“İdman direktoru və digərləri ondan şikayətlənir, deyirlər ki, bizi boğaza yığıb”

17 İyul 20:00 Turan 380
“İdman direktoru və digərləri ondan şikayətlənir, deyirlər ki, bizi boğaza yığıb”

«Turan Tovuz»un rəhbərliyi ilə Kurban Berdiyev arasında narazılıq yenidən alovlanmağa başlayıb.

Ötən ilin iyunundan bəri komandanın sükanı arxasında olan «Baba» yönətimin tərəfindən ona xidməti təklif edilən legionerlərin heç birinə diqqət göstərmir.

Klubdan redaksiyamıza ötürülən informasiyaya görə, rusiyalı çalışdırıcı indiyədək 20-dən artıq əcnəbi oyunçunun transferinə qarşı çıxıb.

«Berdiyev qış fasiləsində xeyli səhv transferlər etdi, klubu külli miqdarda ziyana saldı. Bir neçə ay qabaq bura gətirdiyi oyunçuların əksəriyyətini artıq yola salıb.

O, bilir ki, nə boyda səhvə yol verib və bunun nəticəsində «Turan» çempionatda yer tuta bilmədi. Buna baxmayaraq, yenə öz bildiyini edir.

İdman direktoru Səməd Nəsibov və digər funksionerlər hər gün ondan şikayətlənir. Deyirlər ki, Berdiyev bizi boğaza yığıb,tapdığımız oyunçuları ona bəyəndirə bilmirik.

Berdiyev əsasən özünün yaxından tanıdığı menecerlərlə işləməyə üstünlük verir. Bu sual klubda hamını düşündürür ki, görəsən, onun bunda marağı nədir?

Təəssüf ki, bu sualı baş məşqçinin özünə vermək olmur. Çünki Berdiyev bura gəldiyi gündən hamıyla məsafəli davranır,

O, komanda barədə söhbət etməkdənsə, ağ gilas mürəbbəsi ilə çay içməyə üstünlük verir» - klubda çalışan şəxslərdən biri saytımıza belə deyib.

Tovuz təmsilçisi arxada qalan ayyarımda 10-dan artıq futbolçu ilə vidalaşsa da, cəmi 3 transfer edib.

David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb) və Roberto Olabe ("İbiza", İspaniya) düşərgəyə gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!