
Qarşıdakı mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcək “Sanderlend” heyətini gücləndirmək üzərində işləyir.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Sanderlend”in transfer bazarındakı hədəfi Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Qranit Cakadır.
Amma Səudiyyə Ərəbistanından bəzi klublar da 32 yaşlı futbolçunu heyətində görmək istəyir.
Caka əvvəllər Premyer Liqada – 2016-2023-cü illərdə “Arsenal”da çıxış edib.
“Transfermarkt” portalı isveçrəli futbolçunu 12 milyon avro qiymətləndirir. Onun Leverkuzen klubu ilə müqaviləsinin müddəti daha üç mövsümlükdür.