Bu keçid “Qarabağ“a havayı başa gəlmədi - BAZARLIQ

17 İyul 14:40 Qarabağ 2 394
Bu keçid “Qarabağ“a havayı başa gəlmədi - BAZARLIQ

“Qarabağ”ın növbəti transferini həyata keçirməsindən xəbərdarsız.

“TheCroatianLad” saytımızın yaydığı məlumatı təsdiqləyərək, Ağdam təmsilçisi Zaqreb “Dinamo”sundan Semmi Mmaeni heyətinə cəlb etməsini yazıb.

Mərakeş əsilli belçikalı mərkəz müdafiəçisinin bu gün tibbi baxışdan keçəcəyi və onunla müqavilə imzalanacağı bildirilib.

28 yaşlı legionerin “Qarabağ”da icarə əsasında çıxış edəcəyi dəqiqdir. Müqavilədə satınalma şərtinin olmayacağı da qeyd edilib.

Mmaenin “Dinamo” ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var. Növbəti mövsümü Azərbaycanda keçirəcək əcnəbi Xorvatiya klubuna pul da qazandırıb.

Premyer Liqamızın çempionu Zaqreb təmsilçisinə icarə ödəməsi etməyə razılaşıb. Lakin məbləğ açıqlanmır.

Semmi Mmae “Dinamo”ya ötən yay Macarıstan “Ferentsvaroş”undan azad agent kimi keçib. O, Belçikada “Gent”, “Standard” və “Sent Trüden”də çıxış edib. Ötən mövsüm “Dinamo”da 21 oyunda meydana çıxıb.

"Qarabağ" bu yay Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya) və Kris Kuakunu ("Mafra", Portuqaliya) da transfer edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!