
Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100% gücümüzlə oynayacağıq".
Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın üzvü Pavol Şafranko deyib.
Futbolçu səfərdə Sloveniyanın "Selye" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik.
Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq. İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik".
"Selye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.