"Vəziyyəti dəyişməyin öz əlimizdə olmasına inanmalıyıq" - Valdas Dambrauskas

16 İyul 21:30 Sabah 149
"Vəziyyəti dəyişməyin öz əlimizdə olmasına inanmalıyıq" - Valdas Dambrauskas

"Sabah" "Selye" üzərində mütləq qələbə qazanmalıdır".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis səfərdə Sloveniyanın "Selye" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu olduqca maraqlı qarşılaşma olacaq. Son oyunda bir qədər çətin vəziyyətə düşdük - son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik. Amma inanıram ki, avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyən edir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil. Nə olursa olsun - hətta ilk oyun 2:2 başa çatsaydı belə sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi şəkildə təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə baxaraq analiz etmişik. İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq".

Qeyd edək ki, "Selye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 16:30 Çək və bizə göndər!