“Zirə” qazilərin klubuna xoş münasibət göstərdi – BİRİLLİK İCARƏ

17 İyul 2025 15:00 Zirə 1 425
“Zirə” qazilərin klubuna xoş münasibət göstərdi – BİRİLLİK İCARƏ

Türkiyə toplanışını başa vuran «Zirə» yerli futbolçusu ilə yolunu müvəqqəti ayırıb.

Premyer Liqanın gümüş medalçısı Şahmar Aşurovun «Difai»yə gedişinə «yaşıl işıq» yandırıb.

Klub rəhbərliyi və baş məşqçi Rəşad Sadıqov Qarabağ qazilərinin təmsilçisinə ehtiramla yanaşaraq, 21 yaşlı hücumçunun icarə əsasında «fədailər»in formasını geyinməsinə şərait yaradıb.

Ağstafa rayonundan olan forvard 1 il I Liqada çıxış edəcək.

Beləcə, iyundan bəri «qartallar»ın vidalaşdığı oyunçuların sayı 5-ə çatıb. Daha öncə Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli və Yusuf Lavala «sağ ol» deyilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA