
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyaya səfər edib.
Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis komandasının Avstriya toplanışı başa çatdıqdan sonra video-analitik məşqçi Yanuş Vasilyevlə birgə Belfasta gedib.
Səfərdə məqsəd "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri “Linfild”lə (Şimali İrlandiya) “Şelburn” (İrlandiya) arasındakı oyunu izləmək olub.
Baş məşqçi oyunu izlədikdən sonra Azərbaycana qayıdıb.
"Uindzor Park" stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sözügedən komandalar arasında ilk görüş “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Buna görə də "Şelburn" 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.
"Qarabağ" ilk matçını 23 iyulda səfərdə, cavab görüşünü 30 iyulda Bakıda keçirəcək.