
Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Linfild” (Şimali İrlandiya) evdə “Şelburn” (İrlandiya) ilə qarşılaşıb.
"Vindors Park" stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Sözügedən komandalar arasında ilk matç “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Buna görə də "Şelburn" 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.
ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.