
İsveçrə çempionu olan “Bazel” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.
Sportinfo.az xəbər verir ki, komanda Liqa mərhələsinə düşmək üçün pley-off oyunları keçirəcək.
İsveçrə mətbuatı pley-offdakı potensial rəqiblərlə bağlı məqalə dərc edib. Mümkün rəqiblər sırasında Azərbaycan çempionu “Qarabağ” da göstərilib.
Düzdür, təmsilçimiz yarışa II təsnifat mərhələsindən başlayacaq. Ancaq isveçrəlilər Qurban Qurbanovun yetirmələrinin pley-offa qədər irəliləyəcəyinə inanır.
“Qarabağ” hətta “Bazel” üçün arzuolunmaz rəqiblər sırasına salınıb.
Pley-offda “Bodo Qlimt”, “Seltik” kimi iştirakçıların olmasına baxmayaraq, isveçrəlilər Kiyev “Dinamo”su, Təl-Əviv “Makkabi”si və “Qarabağ”ın həmin raunda qədər irəliləməməsini arzulayırlar.
Çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 4-də atılacaq.