Bu yay transfer pəncərəsində “Mançester Yunayted”dən ayrılacaq - Çox güman ki

10:00 İngiltərə 129
Bu yay transfer pəncərəsində “Mançester Yunayted”dən ayrılacaq - Çox güman ki

Cinah oyunçusu Alexandro Qarnaço baş məşqçi Ruben Amorimin planlarına daxil deyil və çox güman ki, yay transfer pəncərəsində “Mançester Yunayted”dən ayrılacaq.

Mövsümöncəsi hazırlıq başlayandan argentinalı futbolçu əsas qrupdan ayrı məşq edir.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə Premyer Liqanın üç klubu – “Çelsi”, “Tottenhem” və “Aston Villa” maraqlanır.

Qeyd olunur ki, “Mançester Yunayted” maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Qarnaçonu satmağa üstünlük verir.

“Transfermarkt” portalı futbolçunu 45 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti