“Barselona”da həmin nömrə Lamin Yamala verildi

00:10 İspaniya 121
“Barselona”da həmin nömrə Lamin Yamala verildi

“Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal formasının nömrəsini dəyişib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, yeni mövsümdən 10 nömrə altında çıxış edəcək.

2008-2021-ci illərdə “Barselona”nın 10 nömrəli forması argentinalı hücumçu Lionel Messiyə məxsus olub. Onun gedişindən sonra 10 nömrəli forma Ansu Fatiyə verilib. Yamal isə ötən mövsüm 19 nömrə geyinirdi.

2024/2025 mövsümündə Yamal “Barselona”nın heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 16:30 Çək və bizə göndər!