
“Napoli”nin nümayəndələri hücumçu Darvin Nunyesin keçidinin baş tutmaya biləcəyi ilə bağlı “Liverpul”a məlumat veriblər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu “Udineze”nin hücumçusu Lorenzo Lukka ilə bağlı anlaşmanı demək olar ki, başa çatdırıb.
Müqavilənin maliyyə şərtlərini nəzərə alsaq, onu imzalamaq Nunyesi almaqdan daha sərfəli görünür.
26 yaşlı uruqvaylı futbolçu son mövsümdə “Liverpul”la bütün yarışlarda 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.