Bir də bu bacarığını görün - Ötən mövsüm türklərlə ermənilər...

17 İyul 19:40 Qəbələ 209
Bir də bu bacarığını görün - Ötən mövsüm türklərlə ermənilər...

Avropa Liqasının ilkin təsnifat mərhələsində “Sabah”la üz-üzə gələn “Çelye” ilk oyunda böyük üstünlük qazandı.

Ötən həftə “Bank Respublika Arena”da keçirilən görüşün ilk yarısında hesabda 1:2 məğlub olmasına baxmayaraq, fasilədən sonra 2 top vuran sloveniyalılar yekuunda qələbəyə sevinən tərəf oldu.

Cavab qarşılaşmasında fərq üstünlüyü meydan sahiblərinin işini asanlaşdıracaq. Qol vurmaq üçün tələsən onlar yox, bizimkilər olacaq. Çünki heç-heçə belə, “sarı-göylər”i növbəti mərhələyə daşıyacaq.

Tək üstünlük hesabın “Çelye”nin xeyrinə olmasıdırmı? Qətiyyən!

Son Sloveniya kubokunun qalibi həm də ev komandası kimi tanınır. Kollektiv ötən avrokubok mövsümündə “Zdejele”də keçirdiyi görüşlərin böyük əksəriyyətini qələbə və heç-heçələrlə başa vuraraq Konfrans Liqasının 1/4 finala qədər irəliləyib.

Çelye – Flora (Estoniya) - 2:1

Çelye - Slovan Bratislava (Slovakiya) - 1:1

Çelye – Şemrok Rovers (İrlandiya) - 1:0

Çelye – Pünik (Ermənistan) – 4:1

Çelye – Başakşehir (Türkiyə) – 5:1

Çelye – Yagelloniya (Pola) – 3:3

Çelye – The Nyu Seynts (Uels) – 3:2

Çelye – APOEL – 2:2

Çelye - Luqano (İsveçrə) – 1:0

Çelye – Fiorentina (İtaliya) 1:2

Beləliklə, Çelyenin eyniadlı təmsilçisi ötən mövsüm avrokubok turnirlərində keçirdiyi 10 ev qarşılaşmasının yalnız 1-də “Fiorentina”ya boyun əyib.

“Pünik”, “Başakşehir” kimi rəqiblərini meydana çıxmağa peşman edən sloveniyalılar 6 dueldə qalib gəlib, 3 halda heç-heçə qeydə alınıb.

“Sabah” qol vurmaq üçün hücumlara atıldığı anlarda müdafiədəki sayıqlığı əldən verməməlidir. Əks halda böyük hesablı yenilgi qaçılmaz olacaq.

Komandalar arasında Bakıda baş tutan ilk görüşdə “Çelye” 3:2 hesabı ilə qələbə qazanıb.

Cavab oyunu iyulun 17-də “Zdejele” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!