
«Sumqayıt»ın yeni baş məşqçisi Saşa İliç «qara siyahı» tutub.
Bir neçə gün öncə sükan arxasına keçən serbiyalı mütəxəssis ilk olaraq Tresor Mossini bura daxil edib.
Balkanlı çalışdırıcı 24 yaşlı yarımmüdafiəçinin xidmətindən imtina edib.
O, Burndi yığmasının da formasını geyinən orta sahə oyunçusunu artıq komandadan kənarlaşdırıb.
«Kimyaçılar» mövsüm başa çatandan sonra 10 futbolçu ilə vidalaşıb.
Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli və Uğur Cahangirov «gənclik şəhəri» təmsilçisinə lazım olmayıb.
SPORTİNFO.AZ