“Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması daha əvvəl edilməli idi”

07:20 Sizdən Bizə 117
“Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması daha əvvəl edilməli idi”

“6 oktyabr 2022-ci ildə mən Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığımı bəyan etmişəm”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O, Azərbaycanın ərazi bütövlüyünü çox gec tanıdığından təəssüfləndiyini bildirib və öz mövqeyini siyasi, hüquqi və mənəvi baxımdan düzgün adlandırıb:

“Bu qərar çox əvvəllər verilməli idi. Hesab edirəm ki, nəinki düzgün iş görmüşəm, həm də vəziyyəti düzgün dəyərləndirmədiyimə görə bunu əvvəllər etməməklə səhv etmişəm. Səbəblər həm sosial-psixoloji, həm də başqa olub”.

Paşinyanın sözlərinə görə, o başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-birinə bağlıdır:

“Ona görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım”.

Digər Xəbərlər
Xəbər Lenti