“Biabırçılıqdır! Bu cür hadisələr futbolumuzu uçuruma aparır”

16 İyul 23:40 Problem 147
“Biabırçılıqdır! Bu cür hadisələr futbolumuzu uçuruma aparır”

“Hər kəsin uşaq futbolunun problemlərindən danışdığı halda, "Qəbələ" futbol akademiyasının fəaliyyətini dayandırmasına çox təəccübləndim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında keçmiş futbolçu Akif Hümbətov deyib.

Hazırda uşaq futbolunda məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi “Qəbələ” rəhbərliyinin qərarının onun üçün gözlənilməz olduğunu söyləyib:

“Təəssüf ki, Azərbaycan futboluna böyük töhfə vermiş akademiya dağıldı. Biabırçılıqdır!

Bu cür hadisələr futbolumuzu uçuruma aparır. Legioner limitinin ləğvi də bunda rol oyandı.

Onsuz da, yerli uşaqlar az şans alırdı. İndi vəziyyət daha da pis olacaq. Bizim dövrümüzdə eyni mövqeyə 3 futbolçu dəvət alırdı.

Ondan da ikisi seçilirdi. İnkişaf üçün rəqabət olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 16:30 Çək və bizə göndər!