"Qarabağ" qrup mərhələsinin son matçında məğlub oldu

02:30 Qarabağ 127
"Qarabağ" qrup mərhələsinin son matçında məğlub oldu

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsində son matçına çıxıb.

İsveçdə təşkil olunan yarışda 6-cı qrupda yer alan komanda 3-cü turda yerli “Höteborq”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Beləliklə, "Qarabağ" qrup mərhələsini 4 xalla başa vurub. “Qarabağ”ın qrupdakı mövqeyi son turun digər matçından sonra dəqiqləşəcək.

İlk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" ardınca “Sportinq Laqos”la heç-heçə edib – 0:0.

Digər Xəbərlər
Xəbər Lenti