
“Milli komandamıza dəvətlə bağlı müəyyən problemlər var.
Xüsusilə aşağı yaş qrupları üzrə yığmalarda narazılıq çox yüksəkdir.
Bununla bağlı bizə də müraciətlər daxil olur. Eyni zamanda, sosial şəbəkələrdə də müzakirə predmetinə çevrilib.
Məsələn, “Qarabağ”ın U-17 komandasında Nihad İsgəndərov adlı futbolçu var. Hazırda Avropanın bir sıra klublarının da maraq dairəsindədir, ancaq milliyə dəvət almır.
Niyə? Yarımmüdafiənin solunda çıxış edir, beynəlxalq turnirlərdə Ağdam klubunun heyətində çox yaxşı təsir bağışlayır.
Niyə bu cür perspektivli futbolçularda qıcıq yaradırsız? Niyə həvəsdən salırsız? Hanı ədalət?”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərov müxtəlif yaş qrupları üzrə milli komandalarda yaşanan böhrandan danışıb.
Mahmud Qurbanovun qonaq kimi qatıldığı verilişdə yığmalarımızı əhatə edən mövcud problemlər masaya yatırılıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN