Dörd oyunu da ev sahibləri qazandı - ÇL-də gecənin NƏTİCƏLƏRi

Dörd oyunu da ev sahibləri qazandı - ÇL-də gecənin NƏTİCƏLƏRi

Çempionlar Liqasında 1-ci təsniat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Şelburn" evdə "Linfild"i məğlub edib.

Bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Qarabağ"a rəqib olacaq.

"Jalqiris" "Hamrun"u, FKSB "İnter Eskaldes"i, "Ludoqorets" isə Minsk "Dinamo"sunu üstələyib.

Bu mərhələnin cavab oyunları 15-16 iyul tarixlərində olacaq.

20:00. "Jalqris" (Litva) - "Hamrun" (Malta) - 2:0

Qollar: Antal, 59, Hadji, 85

21:30. FKSB (Rumıniya) - "İnter Eskaldes" (Andorra) - 3:1

Qollar: Miçulesku, 37, Olaru, 45+3-pen; Ştefanesku, 53 - Rafinya, 65

21:30. "Ludoqorets" (Bolqaristan) - "Dinamo" (Minsk, Belarus) - 1:0

Qol: Kaloç, 87

22:45. "Şelburn" (İrlandiya) və "Linfild" (Şimali İrlandiya) - 1:0

Qol: Odubeko, 58

8 iyul

19:00. "KuPS Kuopio" (Finlandiya) - "Milsami" (Moldova) - 1:0
20:00. "İberiya" (Gürcüstan) - "Malmö" (İsveç) - 1:3
20:00. "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) - 1:0
20:30. "Levadiya Tallin" (Estoniya) - RFS (Latviya) - 0:1
21:00. "Olimpiya" (Sloveniya) - "Kayrat" (Almatı) - 1:1
22:00. TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) - 0:0
22:00. "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) - 1:0
22:00. "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq) - 2:3
23:00. "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya) - 1:0
23:00. "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) - 0:2

Cavab oyunları 15-16 iyulda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti