
19 ildən sonra Premyer Liqaya qayıdan "İmişli"nin ev oyunlarını harada keçirəcəyi ilə bağlı yenilik var.
Bir neçə gün əvvələ kimi aran təmsilçisinin Ağsuda rəqiblərini qəbul edəcəyi reallığa çox yaxın idi.
Amma vəziyyət dəyişib.
AFFA daha öncə Bakıda oynamasına qadağa qoyduğu kluba güzəşt etməyə qərar verib.
Bu gün üçün yeni plan Mərdəkana köç etməkdir.
Hazırda "Bona Dea Arena"nın yardımçı meydançasında məşqlərini davam etdirən klub elə ev oyunlarını da buranın əsas meydanında keçirəcək.
Sadəcə "Araz Naxçıvan"nın da bura sığınması vəziyyəti çətinləşdirən yeganə maneədir.
Klublar və AFFA məsələ ətrafında son müzakirələri aparır.
Son anda nəsə dəyişməsə "Araz" kimi "İmişli"li də Mərdəkana sığınacaq.
XANOĞLAN / SPORTİNFO.AZ