“Azərbaycanda təklif gəldi, araşdırdım, hər şeyi götür-qoy etdim”

17 İyul 16:20 Qəbələ 265
“Azərbaycanda təklif gəldi, araşdırdım, hər şeyi götür-qoy etdim”

"Azərbaycanın çox yaxşı insanları var. Komandamızda isə hələlik hər şey qaydasındadır".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Adriel Ba Loua klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Qəbələ" Adriel Ba Loua ilə 1 illik müqavilə imzalayıb. O, əyalət təmsilçisinə transfer edildiyi üçün xoşbəxt olduğunu bildirib:

"Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi. Amma ölkənizdən təklif gələcəyini gözləyirdim.

“Qəbələ”dən dəvət gəldikdən sonra araşdırdım, hər şeyi götür-qoy etdim və sonda qərarımı verdim. Burada olmaq çox xoşdur.

Azərbaycan və Qəbələ gözəldir. Hələ qarşıda vaxtımız çoxdur. Fikrimcə, keyfiyyətli komandamız var”.

“Qəbələ” ötən il 1-ci liqada çempion olub. Düşünürəm ki, bu təsadüfi deyil.

Komandanı bir çox futbolçuların tərk etməsinə baxmayaraq, heyətimizin keyfiyyətli olduğuna inanıram. Peşəkar və təcrübəli məşqçilər heyətimizlə gözəl işlər görə bilərik.

Ümidvaram ki, yaxşı nəticələrə imza atmağı bacaracağıq. Mən də “Qəbələ” üçün əlimdən gələni edəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!