
"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə 1-ci liqası təmsilçisi "Pendik"lə üz-üzə gəlib. Matç "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakı təmsilçisinin heyətində qolları Brahim Konate, Davit Volkov, Junior Martins (dubl) vurublar.
"Zirə" bunadək 4 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə (2:1), “Əl-Hüseyin”ə (1:0) və “Çorum”a (2:0) qalib gəlib.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.