"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər”

07:50 Gündəm 102
"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər”

“İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Bəli, belə bir fikir var. Belə bir fikir müzakirə üçün masadadır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir, lakin Bakı və İrəvan arasında hələ də kommunikasiyaların açılması ilə bağlı fikir ayrılıqları var:

“Hazırda mənim razılığa çox yaxın olduğumuzu söyləmək üçün konkret variant və ya düstur yoxdur. Formullar var, müzakirələr var. Bir şey aydındır: biz Ermənistanı cəlbedici şərtləri olan tranzit ölkəyə çevirmək istəyirik və hazırıq”.

Digər Xəbərlər
Xəbər Lenti