2 milyard avroluq stadion inşa edəcək - Premyer Liqa təmsilçisi

16 İyul 21:40 İngiltərə 169
2 milyard avroluq stadion inşa edəcək - Premyer Liqa təmsilçisi

“Mançester Yunayted” rəhbərliyi çətin bir qərar verib: “Old Trafford”un növbəti dəfə yenidən qurulması əvəzinə, yeni stadion tikmək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun yeni arenası növbəti onilliyin əvvəlində tikilməlidir və tutumu 100 min nəfərə qədər olacaq.

Layihənin qiyməti fantastikdir: 2 milyard avro!

“Mançester Yunayted”in sahibləri 2035-ci ildə yeni stadionda qadınlar arasında dünya çempionatının final oyununun keçirilməsini planlaşdırır.

Lakin buna qədər hələ 10 il var və çox şey baş verə bilər. O cümlədən, 2035-ci ildə qadınlar arasında dünya çempionatının başqa ölkədə keçirilməsi də.

Çünki Böyük Britaniya hökuməti bunu hələlik planlaşdırır, amma təminat almayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 16:30 Çək və bizə göndər!