
Premyer Liqakı yerini qoruya bilməyən “Səbail” I Liqada çempionluğu hədəfləyib.
Heyəti gücləndirmək yönündə ciddi işlər görən “dənizçilər” daha bir futbolçu ilə güclənib.
“Neftçi”nin yetirməsi kimi yadda qalan, Latviyada “Dauqavpilis”də, Premyer Liqada “Şamaxı”da top qovan, sonuncu mövsümü “Baku Sportinq”də keçirən Asim Əlizadə Bayıl təmsilçisinin uğurları üçün tər tökəcək.
25 yaşlı yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.
“Səbail” Asimə qədər Vüsal Şabanov, Rəhman Hacıyev, Bahadur Həziyev, Emil Qasımov kimi futbolçuları rənglərinə bağlayıb.
HƏBİB / SPORTİNFO.AZ