Premyer Liqa nəhənginin transfer planı: 7 hücumçunun adı var

16 İyul 18:20 İngiltərə 222
Premyer Liqa nəhənginin transfer planı: 7 hücumçunun adı var

“Liverpul” Aleksander İsakın transferi baş tutmasa, digər hücumçuları nəzərdən keçirir.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, mersisaydlıların siyahısına “Aston Villa”dan Olli Uotkins, “Brentford”un hücumçusu Yohan Vissa, “Ayntraxt”dan (Frankfurt) Huqo Ekitike və “Napoli”dən Viktor Osimhen daxildir.

Mənbənin məlumatına görə, “Liverpul” “Real”ı tərk edə biləcək cinah oyunçusu Rodriqonun da vəziyyətini izləyir.

“Qırmızılar” Markus Reşfordla da maraqlanır, lakin “Mançester Yunayted”in forvardı ilə bağlı danışıqlar indiyədək nəticəsiz qalıb.

“Liverpul”un hücumçusu Darvin Nunyeslə yanaşı, 22 yaşlı yarımmüdafiəçilər Harvi Elliot və Tayler Mortonu satmağı planlaşdıracağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!