Premyer Liqa klubu millimizin sabiq müdafiəçisindən cavab gözləyir

16 İyul 22:40 Sumqayıt 501
Premyer Liqa klubu millimizin sabiq müdafiəçisindən cavab gözləyir

"Sumqayıt" yeni mövsümün hazırlıqlarına artıq 1 həftədir start verib.

Amma Sərtan Taşkın hələ də düşərgədə yer almır.

Çünki müdafiəçi ilə bağlı müəmma davam edir.

"Kimyaçılar" onunla yola davam etməkdə maraqlıdır.

Paralel olaraq ölkə xaricindən də təklifləri var.

27 yaşlı oyunçu qərar verməkdə tələsmir.

Taşkın daha çox ölkə xaricinə yollanmaqda maraqlıdır.

Əgər legioner həyatı yaşamaq istəyi baş tutmasa, yenidən ötən mövsüm şərəfini qoruduğu "Sumqayıt"a qayıdacaq.

Azərbaycan millisinin sabiq üzvü 2019/20 və 2023/24-cü illər mövsümündə "Sumqayıt" formasında 52 matça çıxıb və 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 16:30 Çək və bizə göndər!