Millimizin forvardı idman direktorundan tərif eşitdi: “Lazım gələndə köməyə gəlir”

17 İyul 2025 02:10 Sizdən Bizə 1 305
Millimizin forvardı idman direktorundan tərif eşitdi: “Lazım gələndə köməyə gəlir”

"Renat Dadaşov klubun profilinə uyğun futbolçudur".

Sportinfo.az xəbər verir ki, bunu Polşa təmsilçisi "Motor"un idman direktoru Pavel Qolanski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan millisinin üzvünün Lyublin kollektivi üçün uğurlu seçim olduğunu söyləyib:

"Dadaşov komandamızın oyun üslubuna uyğun gəlir. O, hava toplarında çox yaxşı mübarizə aparır və lazım gələndə müdafiəyə köməyə gəlir.

Renatın Avropa klublarında təcrübəsi var. Son 6 ayı uğurlu şəkildə "Radomyak"ın heyətində keçirib və çempionata bələddir".

26 yaşlı hücumçu "Motor" ilə 1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"