Avropadakı azərbaycanlılar bu oyuna görə əl-ayağa düşüb

16 İyul 2025 20:40 Bizimkilər 2 442
Avropadakı azərbaycanlılar bu oyuna görə əl-ayağa düşüb

Avropa Liqasındakı təmsilçimiz “Sabah” II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Çelye”nin qonağı olacaq.

Ölkə kubokunun son sahibi səfərdə dəstəksiz qalmayacaq.

Sloveniyada yaşayan həmyerlilərimiz matçı canlı izləmək istəyi ilə bağlı “Sabah”a müraciət edib. Yaxın ölkələrdəki soydaşlarımızın da Çelyeyə yollanacağı ehtimal olunur.

Sözsüz, sayları çox olmayacaq, ən yaxşı halda 30-40 nəfər. Lakin hər bir halda futbolçular “12-ci oyunçu”nun dəstəyini hiss edəcək.

Komandalar arasında Bakıda keçirilən ilk matçda “Çelye” 3:2 hesablı qələbəyə sevinmişdi.

Cavab dueli iyulun 17-si Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu