
Millimizin oyunçusu Mert Çelik yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, I Liqaya düşən “Səbail”i tərk edən müdafiəçi Türkiyəyə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı oyunçu yenə Türkiyədə oynayacaq. Müxtəlif vaxtlarda “Bandırmaspor” və “Başakşehir”in formasını geyən Çelik indi də “Sivasspor”la anlaşıb.
Mert bu mövsüm Super Liqanı tərk edən klubla 2 illik müqavilə bağlayıb.
3 il “Neftçi”də oynayan milli üzvü son mövsümü “Səbail”də keçirib.
Çelik uzun müddət “Zimbru” ilə danışıq apardı. Lakin sonda Moldova klubu ilə maaş məsələsində anlaşmaq mümkün olmadı.